14:17
10 Sentyabr 2020

Həbsdən əvvəl evin həyətində gizlətmişdi...

Penitensiar xidmət, Bakı İstintaq təcridxanasının əməliyyat aparatları və Astara rayon Polis şöbəsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Penitensiar xidmətdən Lent.az -a verilən məlumata görə, nəticədə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs qismində Bakı İstintaq təcridxanasında saxlanılan Heydərov Kamran Kalam oğlu həbs edilməmişdən əvvəl yaşadığı Astara rayonunun Təngərüd kəndinin ərazisində yerləşən fərdi yaşayış evinin həyatyanı torpaq sahəsində gizlətdiyi bir ədəd bağlamada 497,731 qram psixotrop maddə “metamfetamin”i təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər