11:24
07 Sentyabr 2020

Qadının evdə meyiti tapıldı

Şirvanda qadın meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 55 yaşlı Babayeva Sevan Adil qızının meyiti yaşadığı Nərimanov küçəsi, 1 mənzil 7 ünvanında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Ölümün səbəbi ekspertizanın nəticələrindən sonra müəyyənləşəcək.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər