14:05
04 Sentyabr 2020

Üç ay əvvəl vurulan piyada öldü

Bu il iyul ayının 15-də Xətai rayonu, Gəncə prospektində Bakı şəhər sakini İ.Əsgərov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən paytaxt sakini Famil Əsədovu vurub.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 3-də orada ölüb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

Dİgər xəbərlər