12:49
04 Sentyabr 2020

Gülay Kamildən boşanmasından danışdı: "Belə də olmalı imiş"

Müğənni Gülay Zeynallı həyat yoldaşı Kamil Zeynallı ilə boşanması barədə gəzən söz-söhbətlərə reaksiya verib.

Lent.az -ın məlumatına görə, ifaçı bu barədə “10-dan sonra” verilişində danışıb:

“Haqqımda yazmaq jurnalistlərin işidir. Amma düşünmək lazımdır ki, bu insan axı tək deyil. Bunun anası, ailəsi var. Bir insan nə yaşayırsa, alnına yazılan qismətdir. Bunu heç kim poza bilməz. Gedirəm, ayağım büdrəyir. Deyirəm ki, belə də olmalı imiş. Bunları qəbul edirəm, məcburam. Elə şeylər yazılır ki, ailəm pis olur”.

Dİgər xəbərlər