19:21
04 Sentyabr 2020

Keçmiş məhkum həmkəndlilərinin evini yardı

İsmayıllıda bir neçə evdən oğurluq olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zərərçəkmişə məxsus evdən ümumi dəyəri 1350 manat olan müxtəlif məişət əşyalarının oğurlandığı müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Lahıc qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Abdullayev saxlanılıb.

Araşdırma zamanı M.Abdullayevin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun Lahıcda yerləşən, sahiblərinin evdə olmadığı daha 2 evə qanunsuz daxil olaraq, həmin yerlərdən ümumi dəyəri 1500 manat olan müxtəlif məişət əşyaları və tikintidə istifadə olunan alətləri oğurladığı məlum olub. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib, həmin əşyaları dəyərindən ucuz qiymətə Şamaxı, Kürdəmir rayonlarında və Lahıc qəsəbəsində sataraq, əldə etdiyi pulu xərclədiyini bildirib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində cinayət işi başlanılıb və M.Abdullayevin digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir

Dİgər xəbərlər