10:09
04 Sentyabr 2020

Bakıda FACİƏ: 12 yaşlı velosipedçini maşın vurub öldürdü

Bakıda uşağı avtomobil vuraraq öldürüb.

Lent.az -ın məlumatına görə, Xəzər rayonu, Şağan qəsəbəsində paytaxt sakini Ceyhun Əliyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsində olan velosipedçi, 2008-ci il təvəllüdlü Elmir Kərimzadəni vurub. Yaralı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. E. Kərimzadə aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər