735
09:52
03 Sentyabr 2020

Bu gün 2 396 müəllim imtahan verir

Sentyabrın 3-də riyaziyyat və texnologiya fənləri üzrə test imtahanları keçirilir.

Bu barədə Lent.az -a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, imtahanlarda 2 396 namizədin iştirakı nəzərdə tutulur.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Dİgər xəbərlər