18:58
01 Sentyabr 2020

Müştəri bərbər kreslosunda güllələndi - VİDEO

Kolumbiyada bir müştəri bərbər kreslosunda oturarkən başından vurulub. Həmin anlar təhlükəsizlik kamerasına düşüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, avqustun 29-da Kolumbiyanın Medellin şəhərində baş verən hadisədə 27 yaşlı Karlos Andrés Karmona adlı bir müştəri bir bərbər kreslosunda oturarkən naməlum şəxs tərəfindən vurularaq öldürülüb.

Təhlükəsizlik kamerasına düşən görüntülərdə bir silahlının bərbər kreslosunda Karmonanın başına bir neçə atəş açdığı görülür. O vaxt Karmonaya üz masajı edən bərbər deyib ki, Karmona yıxıldıqdan sonra dükandan çıxıb.

Yerli mediada yer alan xəbərlərdə bölgədəki iki yerli dəstə arasında yaşanan hadisələr səbəbiylə bu kimi halların artmasına baxmayaraq səlahiyyətlilərin vəziyyətlə bağlı hər hansı bir açıqlama vermədiyi ifadə edilib.

Dİgər xəbərlər