11:30
01 Sentyabr 2020

Narkotacir Nisə saxlanıldı - FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsi və ona bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nisə Vəlizadə və Elmar Piri saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az -a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, N. Vəlizadə İran vətəndaşı olan Sabir adlı şəxsin göndərdiyi narkotik vasitəni E. Piridən gətirməyi xahiş edib. Sonuncu hələlik istintaqa məlum olmayan qadının şəhər ərazisində gizlətdiyi narkotik vasitəni götürərək Nisə Vəlizadəyə verəndə saxlanılıblar.

Onların üzərinə keçirilən baxş zamanı N. Vəlizadənin əlindəki sellofan torbadan 1 kiloqram 700 qram narkotik vasitə olan heroin və 1 kiloqram 300 qram tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər