2023
17:31
31 Avqust 2020

Bakıda sərnişin sıxlığını aradan qaldırmaq üçün YENİ ADDIM

Səhər və axşam pik saatlarında Bakıda sərnişin axınını idarə etmək məqsədi ilə tələbat olan istiqamətlərdə əlavə sayda avtobuslar cəlb edilir.

Bakı Nəqliyyat Agentliyindən Lent.az -a verilən məlumata görə, axşam pik saatlarında metronun “Nizami”, “Elmlər Akademiyası” və “İçəri şəhər” stansiyaları ətrafındakı dayanacaqlardan sərnişinlərin daşınması üçün 12 və 18 metrlik “BakuBus” avtobusları hazırdır.