1721
18:32
29 Avqust 2020

Yol qəzasında 4 nəfər yaralandı


Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal-Qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki şəhəri Bəxtiyar Vahabzadə küçəsində baş verib. Ötmə əməliyyatı yerinə yetirən “Tofaş” markalı avtomobil qarşıdan gələn “Nissan Tiida” markalı avtomobilin sağ tərəfinə dəyərək yoldan çıxıb və ağaca çırpılıb. Nəticədə “Tofaş”da olan sürücü də daxil 4 nəfər – 17 yaşlı Mikayıl Cəbrayılov, 15 yaşlı Abdulla Əhmədov, 28 yaşlı Vüsal Abdulxalıqlı və 21 yaşlı Elvin Lətifov xəsarət alıblar. Yaralıları avtomobildən çıxarılaraq Şəki RMX-na çatdırıblar. Xəstəxanada yaralılara ilkin tibbi yardım göstərilib. Hazırda onların müayinəsi və müalicəsi davam etdirilir. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər