11:00
29 Avqust 2020

"Lion"un futbolçusu koronavirusa yoluxdu

"Lion"un futbolçusu Ussem Auar koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, futbolçunun testinin nəticəsi pozitiv çıxıb. Fransalı yarımmüdafiəçi dərhal karantinə alınıb. 22 yaşlı orta sahə oyunçusu 14 gün müddətinə təcrid vəziyyətində həkim nəzarətində olacaq.

Qeyd edək ki, "Lion" Fransa Liqa1-nin II turu çərçivəsində bu gün "Dijon"la qarşılaşacaq.

Dİgər xəbərlər