Məşhur yazıçının romanının adı dəyişdirildi
26 avqust 2020 13:13 (UTC +04:00)

Məşhur yazıçının romanının adı dəyişdirildi

Detektiv romanlar müəllifi Aqata Kristinin “On zənci balası” əsərinin adı dəyişdirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, roman bundan sonra Fransada “Onlar on nəfər idilər” adı ilə çap olunacaq.

Yazıçının nəslinin davamçısı Ceyms Priçard bildirib ki, kitab yazılan zaman dil tamam başqa idi: “Məncə, romanın orijinal adı ABŞ-da heç vaxt istifadə edilməyib. Böyük Britaniyada onu 1980-ci ildə dəyişiblər, bu gün isə biz bütün dünyada romanın adını dəyişirik”.

 C.Priçard hesab edir ki, Aqata Kristi kiminsə onun sözlərindən inciməyini istəməzdi: “Biz kimisə incidən sözlərdən istifadə etməməliyik, 2020-ci ildə bu cür davranmalıyıq”.

Kitab artıq Fransada satışa çıxarılıb. 

# 2275
avatar

Oxşar yazılar