10:15
25 Avqust 2020

Evdən gedən azyaşlı tapıldı

Bakıda itkin düşən azyaşlı tapılıb.

APA-nın məlumatına görə, Nəsimi rayonunda 5 yaşlı Emil Nəzərli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlı rayon ərazisindəki parkdan tapılıb.

Uşaq ailə üzvlərinə təhvil verilib.

Dİgər xəbərlər