18:03
24 Avqust 2020

Yeni ana olan aktrisanın ailəsində koronavirus təhlükəsi

Ötən ay oğlu Marseli dünyaya gətirən aktrisa Cansu Tosun, nənəsi Döne Tosunun koronavirusa yoluxduğunu açıqlayıb.

Lent.az xəbər verir ki, o, bu haqda Instaqram səhifəsində paylaşım edərək yazıb: "Nənəm, dualarımız səninlədir... İnşallah, güclənib xəstəxananı tərk edəcəksən".

Toylarının fotosunu paylaşan Cansu Tosun, sevənlərindən onun üçün dua etmələrini istəyib. Döne Tosunun testinin pozitiv çıxdığını vurğulayan aktrisa izləyicilərdən diqqətli olmalarını xahiş edib.

Dİgər xəbərlər