14:03
19 Avqust 2020

Türkiyədə yaşı 65-dən yuxarı olanlara xüsusi qadağa qoyuldu

Türkiyənin Bolu, Tunceli, Balıkesir, Niğde və Konya şəhərlərində yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqdar yaşı 65-dən yuxarı olanların küçəyə çıxmalarına və əhalinin sıx olduğu yerlərdə fəaliyyətinə məhdudiyyət qoyulub.

APA-nın yerli büosunun xəbərinə görə, bununla da son 24 saatda Türkiyənin Erzincan, Eskişehir, Mardin, Ordu, Kastamonu, Ankara, Bursa, Kütahya, Batman, Sivas, Manisa, Kırıkkale, Aksaray, Bartın, Elazığ, Kayseri, Şanlıurfa, Yalova, Siirt, Kahramanmaraş, Malatya ve Düzce ilə bərabər Türkiyənin 28 vilayətində yaşı 65-dən yuxarı olanlara yeni qadağalar tətbiq olunacaq.

Qeyd edək ki, 65-dən yuxarı yaş qrupu və xroniki xəstəlikləri olanların 28 vilayətdən bəzisində 10.00-12.00, bəzisində 16.00-20.00, bir qismində isə 10.00-20.00 vaxt çərçivəsində küçəyə çıxmalarına məhduiyyət qoyulub. Bu kateqoriyadan olan şəxslərin birinci dərəcəli yaxın qohumlarının mərasimləri xaric, toy, nişan, xınayaxdı, yas mərasimləri və bu kimi kütləvi tədbirlərə qatılmalaraına qadağa qoyulub.

Dİgər xəbərlər