02:10
16 Avqust 2020

Bakıda yeniyetməni avtomobil vurdu

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əhmədli metrosunun yaxınlığında baş verib.

2006-cı il təvəllüdlü Süleymanov İbrahim Emin oğlu yol kənarında hərəkətdə olan zaman onu minik avtomobili vurub.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Dİgər xəbərlər