Kişini yol kənarında maşın vurub öldürdü
14 avqust 2020 12:44 (UTC +04:00)

Kişini yol kənarında maşın vurub öldürdü

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 13-də saat 20 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Ələsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini Tərlan Ələkbərovanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.

# 1441
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar