Saç yuyanda ən çox etdiyimiz SƏKKİZ SƏHV – Nələrə diqqət etməliyik?
14 avqust 2020 18:19 (UTC +04:00)

Saç yuyanda ən çox etdiyimiz SƏKKİZ SƏHV – Nələrə diqqət etməliyik?

Saçların yuyulması ilk baxışdan çox asan görünə bilər. Ancaq saçları diqqət etmədən yumaq saçın qurumasına, qırılmasına və hətta baş dərinizdə infeksiyalara səbəb ola bilər. Lakin sizin əməl edəcəyiniz bir neçə qayda ilə saçlarınızın yenicə salondan çıxmış kimi görünməsini əldə edə bilərsiniz.

Saç yuyarkən etdiyimiz səhvlər sizin üçün də maraqlıdırmı? Elə isə diqqətiniz bizdə olsun.

Lent.az xarici KİV-ə istinadən həmin səhvlərin siyahısını təqdim edir:

1. Çox tez-tez şampunlamaq

Mütəxəssislərin fikrincə, hər dəfə saçınızı yuyarkən şampun istifadə etmək lazım deyil. Saçları həftədə bir neçə dəfə su ilə yaxalamaq, görünən kirləri aradan qaldırmaq üçün kifayətdir. Şampunun yaratdığı köpük yağı saçınızdan təmizləyir. Ancaq yağ çox zəruridir, çünki saçları nəm saxlayır və zərər verməsinə mane olur.

2. Kifayət qədər yaxalamamaq

Şampunu tətbiq etməzdən əvvəl saçınızı ən azı bir dəqiqə yaxşıca yaxalamaq, istifadə etdiyiniz son saç baxımı məhsulunun qalıqlarını aradan qaldıracaqdır. Şampun tətbiq etməzdən əvvəl saçınızı tamamilə islatmaq saçın yaxşı yuyulması üçün vacib addımdır. Saçınız tamamilə yaş olarsa, şampun daha yaxşı yayılır və daha çox köpük verir. Bu da saçınızı yuyarkən daha az şampun istifadə etməyə kömək edəcəkdir.

3. Şampundan sonra saçlarınıza krem çəkmək

Əksəriyyətimiz əvvəlcə saçlarımızı şampunlayırıq və sonra saç kremi istifadə edirik. Ancaq əksini etmək daha yaxşı olar. Əvvəlcə krem tətbiq etmək saçlarınızı daha dolğun edəcək. Bu, nəmə ehtiyacı olan incə saçlar üçün ən yaxşı üsuldur. Bəzi saç kremləri saçlarınızı yağlı və solğun göstərə bilər. Buna görə krem seçərkən diqqətlə araşdırın.

4. Şampunu saçların uclarına da tətbiq etmək

Baş dərinizə şampun tətbiq etsəniz və sonra saçın qalan hissəsinə paylasanız, saçlarınızın uclarına zərər verə bilərsiniz. Saçların ucları, ümumiyyətlə, qurudur və onları şampunla yumaq daha da cansız edir.

5. Baş dərinizi dırnaqlar ilə qaşımaq

Baş dərisini güclü şəkildə ovuşdurmaq, cızılmalara və infeksiyaların keçməsinə səbəb ola bilər! Saçlar yaş olanda daha kövrək olur və aqressiv hərəkətlər qırılmalara və hətta follikulların zəifləməsinə səbəb ola bilər. Saçınızı yumağın ən yaxşı yolu barmaqlarınız və ovuclarınızla saç diblərinizi yumşaq bir şəkildə masaj etməkdir.

6. İsti su ilə yumaq

Saçınızı yumaq üçün ən ideal temperaturlu su ilıqdır. Saçları isti su ilə yuymaq qırılmanı asanlaşdırır və köklərini zəiflədir. İlıq su ilə yuyulan saçlar, saç kremini daha yaxşı mənimsəyir. Saçınızı soyuq su ilə yaxalamağı unutmayın. Bu, saç kesikullarının bağlanmasına və saçlarınızın qıvrılmamasına kömək edəcək.

7. Baş dərisinə saç kremini çəkmək

Baş dərinizə saç kremi tətbiq etmək dərinizi daha da yağlı edir. Saçınızın ən çox nəmləndirməyə ehtiyacı olan hissəsi uclarıdır. Baş dərinizə saç kremi tətbiq etməklə saç follikullarınızın tıxanmasına, saçların gec uzanmasına və yağ istehsalının artmasına səbəb ola bilərsiniz.

8. Saç islaqkən saçları daramaq

Yaş saçları zədələmədən daramağın heç bir yolu yoxdur, çünki nəm olanda saçlar çox zəif olur. Saçınızı bir dəsmal ilə qurutmaq da onlara zərər verə bilər. Saçınızı təhlükəsiz qurutmağın ən yaxşı yolu, barmaqlarınızla yumşaq bir şəkildə yayaraq təbii qurudulmasına icazə verməkdir.

 

# 8902
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar