Azərbaycan və Türkiyə müdafiə nazirləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdilər
13 avqust 2020 11:08 (UTC +04:00)

Azərbaycan və Türkiyə müdafiə nazirləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdilər

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növləri komandanları Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

# 1696
avatar

Oxşar yazılar