11:34
12 Avqust 2020

Opera müğənnisi Eldar Əliyev İtaliyada öldü, nəşi... - NAZİRLİKDƏN AÇIQLAMA

Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Bu barədə APA -ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunub.

“Onun nəşinin vətənə gətirilməsi üçün şəxsi pasport məlumatlarına ehtiyac var. O, sonuncu dəfə 2000-ci ildə pasport alıb. Arxiv məlumatlarını əldə etdikdən sonra müvafiq sənədlər toplanılaraq İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət olunacaq”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, İtaliyada çalışan opera müğənnisi Eldar Əliyev avqustun 4-də Milan şəhərində vəfat edib.

Dİgər xəbərlər