Tanınmış müğənni aşpazlığa başladı
11 avqust 2020 15:17 (UTC +04:00)

Tanınmış müğənni aşpazlığa başladı

"Çoxdan yemək, şirniyyat bişirmək qabiliyyətim var idi. Amma işimin çoxluğundan büruzə vermirdim. Pandemiya ərəfəsində boşluq oldu, başladım aşpazlığa".

Lent.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva "Üçümüz" proqramında deyib. Sənətçi əsəbi olanda yemək hazırlamaqla özünü sakitləşdirdiyini deyib:

"Mənim üçün müalicəvi üsuldur. Bununla özümü sakitləşdirirəm. 13 yaşından işləyən insanam, oturmağa öyrəşməmişəm. O qədər çox sevirəm ki, şirniyyat etməyi".

# 8719
avatar

Oxşar yazılar