DSX-nın həbs olunmuş generalı ev dustaqlığına buraxıldı
10 avqust 2020 11:16 (UTC +04:00)

DSX-nın həbs olunmuş generalı ev dustaqlığına buraxıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.
 
Lent.az-ın məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.
 
Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
 
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
# 18367
avatar

Oxşar yazılar