2117
19:14
08 Avqust 2020

Maşın oğurlayan keçmiş məhkum tutuldu

Beyləqan və Sabirabad rayon polis şöbələri əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonu ərazisindəki mal bazarının yaxınlığından avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2106” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum edilmiş Q. Həsənli saxlanılıb.

Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Dİgər xəbərlər