Azərbaycanda təbii və texnogen mənşəli hadisələrdə ölənlərin sayı AÇIQLANDI
07 avqust 2020 16:50 (UTC +04:00)

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrdə ölənlərin sayı AÇIQLANDI

Bu ilin birinci yarısında Azərbaycanda qeydə alının fövqəladə hadisələrin statistikası açıqlanıb.

Fövqəladə Hallar NazirliyindənLent.az-a verilən məlumata görə, 2020-ci ilin I yarımilliyi ərzində respublika ərazisində 8274 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin I yarımilliyi ilə müqayisədə 1133 hadisə və ya 16% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər ölüb, 107 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 13 nəfər xilas edilib, 299 nəfər təxliyə olunub.

# 2008
avatar

Oxşar yazılar