Bakıda boğazı kəsilən uşaq SÜNİ NƏFƏSALMA aparatına qoşuldu
07 avqust 2020 13:55 (UTC +04:00)

Bakıda boğazı kəsilən uşaq SÜNİ NƏFƏSALMA aparatına qoşuldu

Bakıda atası tərəfindən boğazı kəsilən uşağın vəziyyəti ağır olaraq qalır.

Bu barədə Lent.az-a Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, Ömər Şabanov süni nəfəsalma aparatına qoşulub: “Bu gün xəstəxanada baş həkimlə görüşdüm. Uşağın boğazı elə kəsilib ki, traxeya (nəfəs borusu) zədələnib. Ömər hazırda süni nəfəsalma aparatına qoşulub. Həkimlər onu sağaltmaq üçün bütün səylərini ortaya qoyub. Uşağın müalicəsi ilə bağlı  xərcləri dövlət qarşılayır”.

Uşağa qarşı cinayətin çox həssas məsələ olduğunu vurğulayan K.Ağazadə körpənin anası ilə bağlı təcili tədbirlərin görülməsinin vacibliyini qeyd edib: “Arzum odur ki, uşağın anası ilə bağlı tez bir zamanda araşdırma aparılsın. İcra hakimiyyəti Ömərin valideyni ilə görüşünü məhdudlaşdırsın və valideynlik hüququndan məhrum edilməsi ilə bağlı iş məhkəməyə göndərilsin. Ailəni tanıyırdım. Anası uşaqla birlikdə mənim yanımda da olmuşdu. Aztəminatlı ailə kimi qeydiyyatda idi. Xeyriyyəçi dostlarımız dəstək də göstərirdilər. Amma qadın zərərli vərdişlərindən əl çəkmirdi. Nəticəsi göz qarşısındadır. Yalandan deməsin ki, uşağı atasının yanına iki saatlıq aparıb. Çünki uşaq iki aydır atasının yanında idi”.  

Qeyd edək ki, avqustun 5-də 50 yaşlı Xazıyev Emil Mamedoviç öz övladının boğazını kəsərək onu yaralayıb.

Həmin şəxs həyat yoldaşı Aysel Şabanovadan ayrılıb. Anası birgə nikahdan olduğu övladı 2 yaşlı Şabanov Öməri Səbail rayonu, 20-ci sahə yaşayış massivi Şahlar Allahverdiyev küçəsi 67 ünvanındakı mənzilə gətirib atasına verərək gedib.

Bir müddət sonra əri ona övladının boğazı kəsilmiş fotosunu göndərib. Hadisəni törədən şəxs daha sonra bıçaqla öz boğazını da kəsib.

# 15325
avatar

Aygün İbrahimli

Oxşar yazılar