Gəncədə şəhid ailələri və Qarabağ əlillərinə mənzil verildi
06 avqust 2020 14:53 (UTC +04:00)

Gəncədə şəhid ailələri və Qarabağ əlillərinə mənzil verildi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhərində yeni yaşayış binasından alınmış 15 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mənzillərin təqdim edilməsi tədbirində Prezident İlham Əliyevin sosial sahəyə, əhalinin həssas qruplarına xüsusi qayğı göstərdiyini vurğulayıb, sosial müdafiə proqramlarının ildən-ilə genişləndirildiyini qeyd edib.

Qeyd edək ki, bu gün Gəncə şəhərində mənzillə təmin olunan şəhid ailələrindən biri də Azərbaycanın Milli Qəhrəmanı Elbrus Allahverdiyevin ailəsidir.

Tədbirdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri daim dövlətin qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, bu gün yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

# 1816
avatar

Aygün İbrahimli

Oxşar yazılar