Quba-Xaçmaz yolunda qəza: 3 nəfər xəsarət aldı - FOTO
06 avqust 2020 01:10 (UTC +04:00)

Quba-Xaçmaz yolunda qəza: 3 nəfər xəsarət aldı - FOTO

Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.  

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun 10-cu kilometrliyində, rayonun Zərdabi kəndi ərazində qeydə alınıb.  

"BMW" markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

# 2044
avatar

Oxşar yazılar