Ər arvadına 3 bıçaq zərbəsi endirib
03 avqust 2020 21:34 (UTC +04:00)

Ər arvadına 3 bıçaq zərbəsi endirib

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınıb.

1964-cü il təvəllüdlü İbrahimova Zərəfşan Eldar qızı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.

# 3022
avatar

Oxşar yazılar