38 yaşlı kişinin evdə meyiti tapıldı
03 avqust 2020 14:08 (UTC +04:00)

38 yaşlı kişinin evdə meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

FHN-dən Lent.az-a bildirilib ki,  hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri mənzilin qapısını açıb və orada aşkarlanan 38 yaşlı Seyfullayev Ramin Nizami oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

# 1558
avatar

Oxşar yazılar