2110
16:54
01 Avqust 2020

İranda terror qruplaşmasının başçısı tutuldu

İran hüquq-mühafizə orqanları “Tondar” terror qruplaşmasının başçısını həbs edib.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, saxlanan şəxs “Tondar” qruplaşmasının rəhbəri Cəmşid Şarmahdedir.

İran tərəfi iddia edir ki, qruplaşmaya ABŞ dəstək verir.

Məlumatda qeyd olunur ki, qruplaşma 2008-ci ildə Şirazda məsciddə 10 nəfərin ölümü, 200 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə təqsirli bilinir.

Təşkilatın İranda monarxiya üsul-idarəsinin qurulmasına çalışdığı bildirilir.