1900
10:50
01 Avqust 2020

96 yaşında universitet məzunu oldu

İtaliyalı Cüzeppe Paterno 96 yaşında universitet bitirib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Palermo universitetinin tarix və fəlsəfə bölümündən məzun olub.

Paterno 1923-cü ildə Sicilyada kasıb bir ailədə dünyaya gəlib.

Kitabları çox sevsə də, universitetə getmək arzusunu reallaşdıra bilmir. lI Dünya Müharibəsi illərində - 20 yaşında xidmətə gedir.

Sonradan dəmir yolu işçisi kimi fəaliyyət göstərir.

İçindəki təhsil almaq arzusuna qalib gələ bilməyən Paterno universitetə daxil olur. Tələbə yoldaşlarından 70 yaş böyük olmasına baxmayaraq, onlardan daha yüksək göstərici ilə məzun olub.