1576
09:24
23 İyul 2020

Məşhur marketdən bahalı viskilər oğurlandı

Bakının Xəzər rayonunda marketdən oğurluq edilib.

Lent.az -ın məlumatına görə, iyulun 20-də, saat 16 radələrində rayonun Binə qəsəbəsindəki "Rahat" marketdən 450 manat dəyərində iki ədəd viski oğurlanıb. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Mövsüm Aslanov və 22 yaşlı Kənan Zahirbəyov saxlanılıb.