11:01
22 İyul 2020

Baş Prokurorluq mətbuat əməkdaşlarını videoçarxla təbrik etdi - VİDEO

22 iyul Azərbaycan Milli mətbuatı günü - Azərbaycan Milli mətbuatının yaradılmasının 145-ci ildönümüdür.

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu bu münasibətilə təbrik videoçarxı hazırlayaraq sosial şəbəkə səhifələrində yerləşdirib. Təbrik mətnində isə bildirilir:

“1875-ci ilin məhz bu günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxıb. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə azad medianın inkişafı üçün hər cür şərait yaradılmaqla mətbu orqanların maddi-texniki bazası möhkəmləndirilmiş, jurnalistlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılıb. Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından peşə bayramı münasibətlə bütün mətbuat işçilərini təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edirik”.

Dİgər xəbərlər