12:29
20 İyul 2020

Azərbaycanlı rejissor ilkə imza atır

Meydan tamaşaları ilə Azərbaycan teatrının əsası qoyulub. XXI əsrdə yenidən meydan tamaşasına müraciət olunur. Bu irəli addımdır, ya geri, bəlkə tarixə ekskursdur – bunu tamaşadan sonra deyə bilərik. Hələlik onu deyək ki, Mingəçevir Dövlət Dram Teatrı bu addımı atır. Bu barədə Lent.az -a teatrın rejissoru və meydan tamaşasının müəllifi Cavid Təvəkkül xəbər verib.

Canlı dekorasiya ilə Şamaxıda Kələxana Türbələrində “Apardı Sellər Saranı” xalq dastanının motivləri əsasında hazırlanmış “Sara” tamaşasının təqdimatı yaxın vaxtlarda olacaq.

“Tamaşaının təqdimatını internet üzərindən canlı yayım vasitəsilə həyata keçirəcəyik. Tamaşanın qlobal dünya miqyasında premyerasını keçirməklə, “Apardı sellər Saranı” dastanını bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmaq niyyətindəyik. Bu, epik teatr üslubunda, antik teatr çərçivəsində olan bir janrdır. Teatrının bütün kollektivi bu tamaşada iştirak edəcək, təbii ki, karantin qaydalarına riayət olunaraq. Tamaşanın təqdimat tarixi isə Operativ Qərargahın verdiyi qərarlardan asılıdır. Düşünürəm ki, bu, həm Azərbaycan teatrı, həm turizmi üçün çox əhəmiyyətli bir addım olacaq. Çünki biz teatrı marketinq ilə sintez edərək, həm regionu, həm də teatrımızın performansını nümayiş etmək niyyətindəyik”.

Dİgər xəbərlər