Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
15 iyul 2020 17:26 (UTC +04:00)

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA


Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən  Lent.az-a bildirilib ki,  iyulun 15-i saat 17:00-a olan məlumatına əsasən Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb. 

Düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində  Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib. 

Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.

# 4105
avatar

Oxşar yazılar