MM: Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək
15 iyul 2020 12:53 (UTC +04:00)

MM: Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək


“Dünən yürüş iştirakçılarını bir hissəsi qanunsuz olaraq Milli Məclisin binasına daxil olub və dağıntılar törədiblər”.

APA-nın məlumatına görə, bunu bu gün Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əliyev bildirib.

C. Əliyev deyib ki, polis dağıntı törədən həmin şəxsləri binadan çıxarıb: “Hazırda Baş Prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Milli Məclisin binasına və inventarına nə qədər zərər vurulduğu araşdırılacaq”.

C. Əliyev qeyd edib ki, hazırkı dövr həssas yanaşma tələb edir: “KİV-dən də Milli Məclisə həssas yanaşmağı istəyirik. Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbirlər görəcək”.

# 2497
avatar

Oxşar yazılar