3103
19:32
14 İyul 2020

Velosiped sürən 4 yaşlı uşağı maşın vurub öldürdü

Cəlilabadda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az DİN-in rəsmi saytına istinadla bildirir ki, iyulun 13-də saat 16 radələrində rayonun Sabirabad kəndi ərazisində kənd sakini M.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən 4 yaşlı Yusif Məmmədovu vurub. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.