Sağalan insanların koronavirusdan təkrar test olunması tələb olunur?
10 iyul 2020 17:48 (UTC +04:00)

Sağalan insanların koronavirusdan təkrar test olunması tələb olunur?

“Sağalan insanların koronavirusdan təkrar test olunması tələb olunmur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Y. Qarayeva bildirib ki, bəzi şəxslər tam sağaldıqdan sonra virusun genetik materialı qalır: “Ona görə də onlarda pozitivlik aşkarlanır. Ancaq bu insanlar yoluxdurucu sayılmır. İnsanların ailəsində yoluxmuş şəxs varsa, sağalandan sonra ailə üzvlərini yoluxdurmurlar. Sağalan insanlar işə də çıxa bilərlər. İnsanların 21 gün izolyasiya müddəti bitəndən sonra onlardan işə gələrkən təkrar test tələb olunması düzgün deyil”.

# 3064
avatar

Oxşar yazılar