Cavid Paşayevin səhhəti Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürüldü
09 iyul 2020 13:50 (UTC +04:00)

Cavid Paşayevin səhhəti Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürüldü

“Azərbaycan Tibb Universitetinin koronavirusa yoluxmuş Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin səhhəti birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb”.

Bu barədə APA-ya TƏBİB-in şöbə müdiri Şükür Eyvazov məlumat verib.

O qeyd edib ki, hazırda C. Paşayevin səhhəti stabildir: “Hörmətli birinci vitse-prezidentimiz onun səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Prezidentin köməkçisi Anar Ələkbərov da Mehriban xanımın tapşırığıyla gündə bir neçə dəfə onun səhhətiylə maraqlanır. Mən bir saat əvvəl Cavid Paşayevin yanında idim. O sərbəst nəfəs alır. Vəziyyəti də gündən-günə yaxşılaşır. Hazırda heç bir cihaza qoşulu deyil”.

# 12799
avatar

Oxşar yazılar