Baku tv-nin icraçı direktoru aparıcının işdən çıxarılmasından DANIŞDI
06 iyul 2020 12:58 (UTC +04:00)

Baku tv-nin icraçı direktoru aparıcının işdən çıxarılmasından DANIŞDI

 Xəbər verdiyimiz kimi Baku TV rəhbərliyi karantin qaydalarına əməl etməyən, qeyri-peşəkarlıq sərgiləyərək, ictimai fikirdə mənfi imic formalaşdıran aparıcı Mələk Heydərovanın əmək müqaviləsinə xitam verib.

Yayılan xəbərlərlə bağlı Lent.az-ın əməkdaşı Baku tv-nin icraçı direktoru Çingiz Hüseynovla əlaqə saxlayıb. Çingiz Hüseynov faktı Lent.az-a təsdiqləyib:

“Bəli, Mələk Heydərova ilə yollarımızı ayırdıq”.

Bundan əvvəl isə Mələk Heydərova ictimaiyyətdən, Baku TV izləyicilərindən, kanal rəhbərliyindən, oxuculardan sərgilədiyi davranışa görə üzr istəmişdi. Lakin o, həmin postu və daha öncə “Fairmont Bakı” hotelində istirahət edərkən çəkdiyi fotoları ”İnstaqram” hesabından silib.

Deyilənlərə görə telefonunu heç kimə açmayan aparıcı, Lent.az-ın zənglərinə cavab verib. Belə ki, Mələk Heydərova ilə söhbətimiz zamanı belə bir vəziyyətdə ona göstərdiyimiz diqqətə görə təşəkkür edib:

“Diqqətiniz üçün təşəkkür edirəm. Amma hələ bu mövzuda heç nə danışmaq istəmirəm”.

Xatırladaq ki, Mələk Heydərova əmək məzuniyyətində olub və o, “Fairmont Bakı” hotelində istirahət edərkən çəkdiyi fotoları paylaşıb. Daxili İşlər Nazirliyi qısa zamanda hoteldə reyd keçirib və karantinin tələblərini pozan şəxslər saxlanılıb.

 

 

# 8284
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar