Türkiyədən 19 azərbaycanlı həkim gətirildi - Koronavirusa görə
03 iyul 2020 14:49 (UTC +04:00)

Türkiyədən 19 azərbaycanlı həkim gətirildi - Koronavirusa görə

“Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul-Bakı reysi ilə Türkiyədə təhsil almış 19 azərbaycanlı həkimi ölkəmizə gətirib.

Bu barədə Lent.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Bundan əvvəl REACT-C19 layihəsi çərçivəsində Türkiyədə təhsil almış 19 uzman Azərbaycanın müxtəlif bölgələrində olan xəstəxanalarda ötən 3 ay ərzində pandemiya ilə mübarizə aparıb. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə apreldə start verilib. 

# 2410
avatar

Aygün İbrahimli

Oxşar yazılar