83713
15:25
02 İyul 2020

"Get uşaqlarının dərdini çək" - Aparıcı Zaura SƏRT CAVAB

Müğənni Niyam Salami "5/5" verilişində qonaq olub.

Lent.az -ın məlumatına görə, veriliş zamanı aparıcı Zaur Kamalın "Deyir ki, acından ölürəm" sözlərinə ifaçı sərt reaksiya verib: "Yalandan gülüb-danışırıq, amma pis durumdayıq. Sənətkar deyiləm, amma sənətkarlara baxıram, ürəyim ağrıyır. Onlar nə edir? Səhnə, oxumaq istəyirəm. Allah virusun və onu yaradanın başına daş salsın.

Acından ölmürəm. Elə bir oğulam ki, dostlarım qoymaz ac qalım. Elə zamana gəldik ki, bir azdan uşağı da sifarişlə edəcəyik. Deyəcəyik, gözləri filan rəng olsun, elə olsun. İstədiyimiz kimi uşaq doğulacaq".

Niyam "Ona görə evlənmirsən? Gözləyirsən həmin zamanı?" suallarına isə əsəbiləşərək "Kef edirəm, evlənmirəm. Mənimlə işin olmasın. Get, öz uşaqlarının dərdini çək" cavabını verib.