“Çətin məqamda güvənə bildiyimiz Prezidentimiz var” – Kəngərli sakinləri Prezidentə yazırlar
01 iyul 2020 18:29 (UTC +04:00)

“Çətin məqamda güvənə bildiyimiz Prezidentimiz var” – Kəngərli sakinləri Prezidentə yazırlar

Azərbaycanın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir. Belə məktublardan birini də Tərtər rayonunun Kəngərli sakinləri göndəriblər. Lent.az həmin məktubu təqdim edir:

 - Möhtərəm cənab Prezident.

Su həyat, su dirilik, su bol məhsul deməkdir. Düşmənlərimiz bizə həm də iqtisadi cəhətdən zərbə vuraq üçün Sərsəngdən təsərrüfatlarımıza gələn suyun qarşısını kəsib, qışda suyu buraxırlar, kənd təsərufat məhsullarının becərmə dövründə isə əkinlərimizi suvarmağa imkan vermirlər. Ona görə suvarma dövründə çox çətinliklərlə üzləşirik. Bu çətinliklərin öhdəsindən isə Sizin Sərəncamınızla yaradılan artezianların köməyi ilə gəlirik. İyunun 3-də rayonumuza səfərinizdən dərhal sonra Sərəncamınızla rayonumuzun 18 yaşayış məntəqəsində 21 artezian quyusu qazılmağa başlanılıb. Bu artezianların biri də bizim Kəngərli kəndinin payına düşüb. Həmin artezianla 60 hektardan çox sahə suvarılacaq.

Möhtərəm cənab Prezident, koronavirus pandemiyasına qarşı aparılan mübarizə dövründə bütün çətinliklərə baxmayaraq bizim rayona səfər etdiyiniz, rayonumuzda 21 yeni artezian yaradılması ilə bağlı Sərəncam imzaladığınız üçün Sizə kəndimizin sakinləri və fermerləri adından minnətdarlığımızı bildiririk. Fəxr edirik ki, bizim çətin məqamlarda güvənə bildiyimiz Sizin kimi Prezidentimiz var. Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Tərtər rayonu Kəngərli kəndinin sakinləri adından,

Nağıyev Ədalət

Nağıyev İbadət

İsmayılov Vidadi

İsmayılov Bunyad

Abbasov Nəriman

Zamanov Tofiq

Azərbaycan Respublikası, Tərtər rayonu.

 

# 3529
avatar

Oxşar yazılar