1147
15:43
29 İyun 2020

"Abituriyentlər üçün dərs vaxtı"nın sabaha olan CƏDVƏLİ

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı"nın iyunun 30-na olan cədvəli açıqlanıb.

Nazirlikdən Lent.az -averilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Azərbaycan dili; 10:30-da – Ədəbiyyat; 11:40-da – İngilis dili; 12:05-də - Riyaziyyat; 13:15-də - Futbol məşğələsi olacaq.

Rus bölməsi üçün 14:00-da – Rus dili; 14:35-də - Ədəbiyyat; 15:20-də - Riyaziyyat dərsləri olacaq.