2281
15:04
29 İyun 2020

Baş məşqçi azərbaycanlı futbolçu ilə bağlı qərarını dəyişdi

Azərbaycanlı futbolçu Ayaz Quliyev Moskva "Spartak"ında qala bilər.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi ilə bağlı fikrini dəyişib.

İntizamsız davranışlarına görə bir müddət əvvəl əsas komandadan uzaqlaşdırılan 23 yaşlı oyunçu cari mövsümün sonuna qədər çempionatda iştirak etməyəcək. Ancaq baş məşqçi Domeniko Tedesko mövsümlərarası fasilədəki təlim-məşq toplanışında Quliyevə şans verəcək. Həmin hazırlıq dönəmindən sonra onun komandada qalıb-qalmayacağı müəyyənləşəcək.

Qeyd edək ki, Ayaz Quliyevin xidmətində ən çox maraqlı olan klub sabiq komandası "Rostov"dur. Cari mövsüm Premyer Liqada 11 matçda iştirak edən futbolçunun "Spartak"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.