1465
14:37
29 İyun 2020

Xaricdən siqaret gətirilməsinin qarşısı alındı - FOTO

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi " Volvo" markalı və Türkiyə vətəndaşının idarə etdiyi " İVECO" markalı yük avtomobilləri "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Lent.az -a verilən xəbərə görə, baxış zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən ümumilikdə 3600 ədəd " Marlboro" markalı siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.