796
10:53
29 İyun 2020

Magistraturaya qəbul olunan tələbələrin sayı AÇIQLANDI

Dövlət İmtahan Mərkəzinin keçirdiyi 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən 8324 nəfər magistraturaya qəbul olunub.

Dövlət İmtahan Mərkəzindən Lent.az -a verilən məlumata görə, Azərbaycan bölməsi üzrə 7635, rus bölməsi üzrə 689 nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarında təhsil alacaq.

Qəbul olunanların 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.