Müdafiə naziri Moskvaya gedir
22 iyun 2020 11:22 (UTC +04:00)

Müdafiə naziri Moskvaya gedir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov  Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, general-polkovnik Z. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.

Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.

Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.

# 2776
avatar

Oxşar yazılar