18:21
21 İyun 2020

Niyə yatmazdan əvvəl smartfon istifadə etməməlisən? - CAVAB

Həkimlər yatmazdan əvvəl smartfonlardan istifadə etməməyi təkidlə tövsiyə edir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, əslində bu tövsiyəyə məhəl qoymamaq insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
Mütəxəssislər deyirlər ki, tam qaranlıqda bir smartfon ekranında parlaq işıq mənbəyi beynin müəyyən hissələrini qıcıqlandırır.
Yatmazdan əvvəl, smartfonunuzdakı xəbərləri və ya şəxsi mesajları öyrənməyə başlasanız, beynin fəaliyyətinin stimullaşdırılması başlayacaq.
Nəticədə bu vəziyyət baş ağrısına səbəb ola bilər.
İnsan gözü ekranın parıltısını tuta bilməsə də, beyin yenə də onlara cavab verir.
Bundan əlavə, gecəni sağlam və dərin bir yuxu içində keçirmək üçün, gadyet, noutbukdan istifadədən tamamilə imtina etmək və günün sonunda, hətta yatmazdan əvvəl daha çox televizor izləmək tövsiyə olunur.
Qaranlıqda məlumat almağa ehtiyac varsa, həkimlər bu vəziyyətdə gadjet tətbiqetmələrini gecə rejiminə keçirməyi və ya "qaranlıq bir mövzu" seçməyi məsləhət görürlər.
Bu, beyinə zərərli təsirləri minimuma endirməklə yanaşı, görmə qabiliyyətini də qorumağa kömək edəcəkdir.

Dİgər xəbərlər